"Azərbaycanda əmək haqları dəyərsizləşir"
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 01.09.2016 12:54:03

Bu sözləri İqtisadi Təqdiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu “Facebook” hesabında qeyd edib. Ekspert bildirib ki, iqtisadiyyatın dövlət bölməsində struktur və kadr islahatlarının aparılmasının, dövlət büdcəsinin maliyyə imkanlarının məhdudlaşmasının əksinə olaraq, son 1 ildə dövlət bölməsində çalışanların sayı 15,3 min nəfər artıb. Son 1 ildə manatın ABŞ dollarına nəzərən məzənnəsinin 55,4 faiz dəyərdən düşməsinə baxmayaraq, orta aylıq nominal əmək haqqı 6,7 faiz, avqust ayının 1-ə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,5 faiz artıb. Göründüyü kimi, inflyasiyanın artımı hətta nominal gəlirlərin və əmək haqqının artımını üstələyir”.
Ekspert bununla yanaşı son zamanlar iş yerlərinin bağlanması, mövcud iş yerlərində əmək haqların aşağı salınması, rəsmi və qeyri-rəsmi əlavə ödənişlərinin dayandırılması, maaşların gecikdirilməsi halları da kütləviləşməsini də qeyd edib:
“Bütün bunların nəticəsində əmək bazarında, əməyin ödənilməsi sahəsində hazırda qərarlaşmış tendensiyaların aşağıdakılardır.
1. Azərbaycanda əmək haqlarının sürətlə dəyərsizləməsi prosesi gedir. Buna qiymətlərin artımı, manatın məzənnəsinin ucuzlaşması, işsizlər arasında rəqabətin kəskinləşməsinə görə işləyənlərin əmək haqlarının aşağı salınması, eləcə də əmək haqlarının gecikdirilməsi təsir göstərir.
2. Dövlət bölməsində izafi işçi probleminin mövcudluğuna baxmayaraq, son 1 ildə işləyənlərin sayının artması bu sahədəki dəyişikliklərin rasionallığını aşağı salır.
3. Əmək bazarında işsizlər arasında olan rəqabətin yüksəlməsi əmək məhsuldarlığına müsbət, əməyin ödənişinə isə mənfi təsir göstərir.
4. Mövcud sahibkarlıq mühiti, sərmayə qıtlığı, investisiya büdcəsinin ixtisarına görə dövlət sifarişlərinin azalması yeni iş yerlərinin açılması potensialını aşağı salır.
5. Əmək haqlarının indeksləşdirilməməsi işləyənlərin maddi vəziyyətinin pisləşməsini sürətləndirir”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.