Azərbaycanda Fitrə zəkatı nə qədərdir? - Ayətullah Məkarim Şirazinin ofisi cavab verib

İslamazeri.az xəbər verirki, sabah müsəlmanların (boynunda fitrə zəkatı olanlar) Fitrə zəkatı ilə bağlı təqlid müctehidi Ayətullah Məkarim Şirazinin ofisi məlumat yayıb.
Azərbaycan üçün buğda qiyməti meyarı ilə hər adam başına düşən fitrə zəkatının miqdarı buğdanın qiymətindən asılı olaraq dəyişə bilər. Əgər buğdanın qiyməti 30 qəpikdirsə, fitrə zəkatının minimum qiymətini 90 qəpik götürmək olar. Amma gündəlik yeməyində əsasən düyü istifadə edənlər üçün üç kq düyünün pulunu çıxarmaq lazımdır. Yəni misal üçün istifadə etdikləri düyünün qiyməti 2.50 azn dırsa, fitrənin qiyməti 7.50 azn olacaq. (Buğda 30 qəpikdən bahadırsa, neçəyədirsə onun 3 kq.).
Qeyd etmək lazımdır ki, Ayətullah Məkarim Şirazinin şəriət hökmləri risaləsinin 1692-ci məsələsinə əsasən, Fitr bayramının axşamı qürubdan qabaq – günəş batmazdan öncə həddi-büluğ, aqil və zəngin olan kəslərə fitrə zəkatı vacibdir. Yəni, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün bir “sa” (təxminən üç kiloqram) miqdarında buğda, arpa, xurma, düyü, qarğıdalı və bu kimi qida növləri də daxil olmaqla, həmin məntəqə sakinlərinin istifadə etdikləri normal qida növündən “müstəhəqqə” – yoxsula verməlidir. Adı sadalanan qida növlərinin əvəzinə pulunu da versə, kifayətdir.
Yeri gəlmişkən, Ayətullah Məkarim Şirazinin fətvasına əsasən, əgər kimsə yalnız Fitr bayramı gecəsinin iftarında başqasına qonaq olarsa, fitrə ev sahibinin deyil, həmin şəxsin öz boynunadır.
Ayətullah Məkarim Şirazinin ofisi bu ilin fitrə zəkatı Tehranda satılan buğdanın əsas qiymətinə görə 7000 tümən , düyünün əsas qiymətinə əsasən, 15000 tümən elan edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.