haberL haberR

Azərbaycanda “general” axtarışa verildi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 18.11.2015 14:48:49

Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

 

Polisdən həmçinin bildirilib ki, Manaf Nadirov Bakıda “general” ləqəbi ilə tanınır. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.