haberL haberR

Azərbaycanda həkimlərin sayı azalıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 30.08.2016 17:15:25

Dövlət Statistika Komitəsi səhiyyə ilə bağlı statistik məlumatları açıqlayıb, bu məlumatlara əsasən, 2015-ci ildə Azərbaycanda həkimlərin sayı 298 nəfər azalıb. Səhiyyə Nazirliyi bu tendensiyanı səhiyyə sistemindəki islahatlarla izah edir.

2016-cı ilin yanvarın 1-ə olan vəziyyətə görə, ölkənin özəl və dövlət xəstəxanalarında 32 458 həkim işləyib. Ölkənin hər 10 min sakininə 33,9 həkim düşür, bu da 2014-cü ildən 0,7 həkim azdı.

DSK-nin məlumatına görə, 2015-ci ildə bu ixtisas həkimlərinin sayı azalıb: terapevt – 105, cərrah və pediator – hərəsindən 147, ginekoloq – 29, okulist – 4, psixoloq – 11 və s.

Bu ilin əvvəlinə Azərbaycanda orta tibb personalının sayı 54,9 min nəfər idi, bu da bir il əvvəldən 1200 nəfər azdır. 2015-ci ildə ölkədə 7 xəstəxana bağlanıb və 2016-cı ilin əvvəlinə onların sayı 559 olub. Xəstəxanalarda 44,9 min çarpayı var, bu da 2014-cü ildən 1500 çarpayı azdır.

Ötən il 4 yeni ambulator-poliklinika müəssisəsi (1750) açılıb, bir qadın məsləhətxanası (137) və bir uşaq poliklinikası bağlanıb.(Turan)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.