Azərbaycanda ictimai yerlərdə dini təbliğat qadağan olunur

Bununla məşğul olan əcnəbilər maliyyə sanksiyası tətbiq olunmaqla, ölkədən deportasiya ediləcək.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 516.0.3 maddəsi təklif olunur.
Yeni maddəyə görə, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənar yerləşdirilməsi qadağan olunur. Bu qadağalar pozulduğu təqdirdə, vətəndaşlar 2 000 manatdan 2 500 manata qədər, vəzifəli şəxslər 8 000 manatdan 9 000 manata qədər, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manata qədər cərimə olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 000 manatdan 2 500 manat cərimə edilməklə, Azərbaycan ərazisindən inzibati qaydada çıxarılacaqlar.
Layihə Milli Məclisə təqdim olunub və parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.