haberL haberR

Azərbaycanda idxal məhsulları bahalaşıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.08.2016 13:40:19

İyun ayında idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 0,1%, MDB ölkələrindən idxal olunan məhsulların qiymətləri 0,8% yüksəlib, digər ölkələrdən idxal olunan məhsulların qiymətləri 0,1% azalıb.

"Report"un Dövlət Statistika Komitəsinin açıqladığı idxal və ixrac olunan məhsulların qiymət indekslərinə istinadən verdiyi xəbərə görə, iyun ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,1%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 2,6% artıb, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri isə 0,6% ucuzlaşıb.
Qeyd edək ki, iyunda may ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,3% azalıb, qeyri-ərzaq məhsulları 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.