haberL haberR

Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə “Kök hüceyrə transplantasiyası” həyata keçirilib

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 07.07.2015 11:00:11

Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələri intraarterial yolla qaraciyərə köçürülüb

 Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə “Kök hüceyrə transplantasiyası” əməliyyatı həyata keçirilib.

Universitetin mətbuat xidmətindən islamazeri.az-a verilən xəbərə görə, əməliyyatı ATU-nun Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramovun rəhbərliyi altında böyük bir heyət həyata keçirib.

Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələri intraarterial yolla qaraciyərə trans edilib.

Heyətdə Transplantologiya şöbəsinin müdiri t.ü.f.d. Dr. Ruslan Məmmədov, Şüa-diaqnostika şöbəsinin müdiri Dr. Rasim Bayramov, İnvaziv kardiologiya şöbəsinin müdiri, t.ü.f.d. Dr. Qalib İmanov, Hematoloq Dr. Naidə Ağayeva, Molekulyar bioloq və genetik Dr. Fərid İsmayıllı, Həkim-Anesteziolog Dr. Məmməd Şirinov, Rezident Mehriban Hüseynova iştirak edib.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.