Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin son nəticələri açıqlandı

"Namizədlərin ümumi sayı da nəzərə alınsa, bələdiyyə seçkilərinə marağın böyük olduğunu demək olar".
İslamazeri.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunu ilə bağlı mətbuat konfransında deyib.
MSK sədrinin sözlərinə görə, artıq bütün bələdiyyələrdə tərkib formalaşmış sayılmalıdır, çünki 15035 lider üzv müəyyənləşib: "Seçkilərdə 1 milyon 876 min 14 nəfər, yəni seçicilərin 38,93 faizi seçkilərdə iştirak edib: “Gecə saat 4:00-da artıq bütün bələdiyyələr üzrə məlumatlar Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib".
M. Pənahov qeyd edib ki, seçkilərdə 8 partiya tərəfindən rəsmən namizədlər irəli sürülüb: "Əgər siyasi mənsubiyyətini göstərənlər də nəzərə alınsa, seçkilərdə 30 partiyanın üzvləri iştirak edib".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.