haberL haberR

Azərbaycanda kənd əhalisi arasında narkomanların sayı açıqlandı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 23.03.2015 11:53:42

Kənd əhalisi arasında narkomanların sayı açıqlanıb

Azərbaycanda kənd əhalisi arasında narkomanların sayı 5968 nəfərdir.

İslamazeri.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bu rəqəm Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Narkotik vasitə istifadəçilərinin 4 298 nəfəri dispanser, 1670 nəfəri profilaktik qeydiyyatdadır. Keçən il Azərbaycanda kənd əhalisi arasında 444 narkoman (283 dispanser, 161 profilaktik) qeydiyyata götürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.