haberL haberR

Azərbaycanda maşın toy çadırına girdi: ağır yaralılar var

Kateqoriya: Hadisə Yayımlama tarixi: 30.08.2016 12:03:35

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Bığır kənd sakini Nuhzadə Polad Tofiq oğlu özünə məxsus 10-BC-929 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə kənddə toy mərasimi keçirilən həyətə gəlib.

 

Özü toy mağarına daxil olandan sonra həmyerlisi Xəlilov Seymur Asif oğlu onun avtomobilini işə salaraq toy çadırına tərəf hərəkət etdirib. Hərəkətdə olan maşın çadıra girib. Nəticədə toy mərasimindəki qonaqlardan 5 nəfər avtomobilin altında qalaraq, ağır xəsarət alıb.

 

Onlardan 1992-ci il təvəllüdlü Rəhimov Orxan Agaməhəmməd oğlu, 1991-ci il təvəllüdlü Salmanov Mehman Murad oğlu və 2004-cü il təvəllüdlü Cəfərzadə Emin Ramin oğlu Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Digər iki nəfərinsə Bakı şəhərinə aparıldığı bildirilir.


Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.