haberL haberR

Azərbaycanda mobil rabitə şirkətlərinə xəbərdarlıq

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 18.01.2015 12:24:39

Ölkədə fəaliyyət göstərən mobil operatorların monitorinqi aparılacaq
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Azərbaycanda fəaliyyət göstərən mobil operatorlara xəbərdarlıq edib.
Bu xəbərdarlığın vətəndaşların şıkayətinə rəğmən edildiyini deyən nazir bildirib ki, yaxın zamanlarda ölkədə fəaliyyət göstərən mobil operatorların monitorinqi aparılacaq. O, bunun üçün xarici şirkətin Bakıya dəvət olunduğunu deyib.
 
Nazir jurnalsitlərə açıqlamasında qeyd edib ki, mobil operatorlar yalnız pul qazanmaqla məşğuldurlar: “Problemlər onunla bağlıdır ki, bu şirkətlər öz sahələrinin inkişafı üçün sərmayə qoymurlar. Təbii ki, belədə də gerilik yaranır. Abonentlər şikayətçi olurlar. Monitorinqdən sonra fikrimizi açıqlayacağıq”. (modern.az)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.