haberL haberR

Azərbaycanda ölmüş heyvan ətindən dönər hazırlayırlar

Kateqoriya: Ölkə Yayımlama tarixi: 24.12.2014 12:40:58

Ramiz Həsənov: “Azərbaycanda dönərdə ölmüş heyvan ətindən istifadə faktları aşkarlanıb”

Azərbaycanda ölmüş heyvanların ətindən dönərdə istifadə edildiyi barədə faktlar aşkarlanıb.

 

Bu barədə  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

 

Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı monitorinqə başlanılıb.

 

“Biz istəyirik ki, bu dönər ətləri kustar üsulla, yəni, dönərxanaların özündə yox, müasir standartlara cavab verən müəssisələrdə hazırlansın. Bu ətlərin xaricdən də gətirilməsi mümkündür. Amma əsas tələbimiz odur ki, dönər ətinin istehsalı zamanı təhlükəsizlik tələbləri yerinə yetirilsin”, - deyə R. Həsənov qeyd edib.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.