Azərbaycanda oxuyan iranlı tələbələr Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydılar

Bəyanatda deyilir: "24 il öncə Azərbaycanın gözəl guşəsi olan Qarabağ diyarında, 7000 nəfərlik əhalisi olan Xocalı şəhərində böyük bir insan faciəsi yaşandı. 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla 613 sivil vətəndaş erməni silahlıları tərəfindən qətlə yetrildi. Bu faciə nəticəsində mindən artıq insan yaralanmış, 1275 nəfər əsir və 150 nəfər isə itgin düşmüşdü. Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasəti çərçivəsində törədilən Xocalı soyqırımı, beynəlxalq normaların və insan haqlarının aşkar və kobud şəkildə pozulması ilə yanaşı, ermənilər və onların himayədarları tərəfindən Azərbaycan xalqına qarşı yönəlmiş irqçilik və soyqırımı siyasətinin bir parçası idi. "
İranlı tələbələrin bəyanatında həmçinin deyilir: "Amma, bütün bunlara rəğmən təəssüflə qeyd etmək lazımdır ki, Xocalıda Azərbaycan xalqına qarşı bağışlanmaz bir böyük cinayətin törədilməsi ilə bağlı danılmaz faktların olmasına rəğmən, dünya ictimaiyyəti hələ də bu faciəyə lazımi qiymət verməyib. Bu insani faciə qarşısında ikili standartlar bir kənara qoyulmalı, cinayətlə bağlı beynəlxalq komissiya tərəfindən araşdırmalar aparılmalı və beynəlxalq təşkilatlar tərəfindən bir soyqırımı olaraq tanınmalı, bu cinayətin törədilməsi barədə göstəriş verənlər və onu yerinə yetirənlər məsuliyyətə cəlb olunmalıdırlar.
İran xalqı Azərbaycan xalqı ilə yanaşı olaraq Xocalı soyqırımını anır və müxtəlif konfranslar, seminarlar və tədbirlər keçirməklə Azərbaycan xalqının dərdinə şərik çıxır, onun kədərini paylaşır. Biz Azərbaycanda təhsil alan iranlı tələbələrin elmi, mədəni və idman cəmiyyətinin üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad edir və bəşəriyyət əleyhinə yönəlmiş istənilən cinayəti qınayırıq. Şübhəsiz, gec-tez haqq və ədalət öz yerini tapacaq və Xocalı faciəsinə görə məsuliyyət daşıyanlar öz cəzasına çatacaq."
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.