haberL haberR

Azərbaycanda polis əməkdaşı şöbədə intihar etdi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 22.02.2015 17:09:20

Ağsu rayonunda polis əməkdaşı iş yerində öz xidməti tapançası ilə intihar edib

Hadisə ötən gün saat 21:30 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin binasında qeydə alınıb.

İslamazeri.az-ın APA-ya istinadən verdiyi məlumata görə, xəbəri Ağsu Rayon Polis Şöbəsi təsdiqləyib.

Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayı kənd sakini, 1969-cu il təvəllüdlü Tanrıverdiyev Neyman Əzizağa oğlu “Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb.

Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən polis əməkdaşının xeyli miqdarda borcu olub. O, özünü öldürməzdən əvvəl məktub yazıb və iş yoldaşlarından həmin məktubu həyat yoldaşına çatdırmalarını xahiş edib.

İntihar edən polis əməkdaşı N.Tanrıverdiyevin iki qızı var.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.