Azərbaycanda qadına qarşı polis dəhşəti - Video

Masallı rayon sakini Nəzərova Zəminə Ağabala qızı ölkə başçısı İlham Əliyevə, Baş nazir Artur Rasizadəyə, Milli Məclisin sədri Oqtay Əsədova, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova, Ombudsman Elmira Sülymanovaya, Masallının deputatı Nəriman Əliyevə, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və KİV-ə müraciət ünvanlayıb.
Arqument.az-ın məlumatına görə, Z.Nəzərova müraciətində bildirir ki, 1998-ci ildə kommersiya məqsədilə rayon İcra Hakimiyyətindən aldıqları ərazidə yarımçıq qalmış obyekti tikib başa çatdırmaq və ölkə başçısının məlum tapşırığından sonra sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək istəyiblər. Ancaq Masallı rayon İcra Hakimiyəti başçısı Rafil Hüseynov onlara əngəl yaradıb. Belə ki, İcra Hakimiyyətinin Baş memarı Abbas Mikayılov onunla görüşərək 10 000 manat pul tələb edib. Bu pulun isə icra başçısı Rafil Hüseynova çatacağını bildirib.Z.Nəzərova bu məbləği verməkdən imtina etdiyi üçün, icra başçısının göstərişi ilə təzyiqə məruz qaldığını iddia edib. O bildirir ki, bundan sonra icra başçısı obyekti tikməyə icazə verməyib və əraziyə polis dəstəsi göndərib. Polis əməkdaşları isə tapşırığın icra başçısı tərəfindən verildiyini əsas gətirərək, vətəndaşa dəhşətli işgəncə veriblər. Nəzərovanın yaxınları tərəfindən Youtubedə də yayılan videogörüntüdən aydın olur ki, polislərin ona qarşı yol verdiyi qanunsuzluq və dəhşətli işgəncə faktı deyilənləri təsdiq edir.
Maraqlı məqam ondan ibarətdir ki, Z.Nəzərova çoxsaylı xəsarət almasına baxmayaraq, Masallı rayon Mərkəzi Xəstəxanasına da qəbul edilməyib. Videodan da aydın görünür ki, polislər xəstəxanaya gələrək onun orada yerləşdirilməsinə mane olurlar. Nəzərova bu tapşırığın da, icra başçısından gəldiyini bildirir. Bundan sonra qohumları onu Lənkəran şəhər Mərkəzi Xəstəxanasına aparmaq məcburiyyətində qalıblar. Hazırda ağır xəsarətlərlə xəstəxanada yatır. Nəzərovlar ailəsinin yaydığı müraciətdə işgəncəyə məruz qaldığı zaman evlərində qonaqların olduğu da vurğulanır. Həmin qonaqlar isə, bu zorakılıq faktlarını gözləri ilə gördüyü üçün faktla bağlı akt tərtib edib və Zəminə Nəzərovanın döyülməsi faktını imzaları ilə təsdiqləyiblər.
Bizimyol.info saytı məsələyə münasibətini öyrənmək üçün, Masallaı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla əlaqə saxlayıb. İcra başçısı saytımıza açıqlamasında, vətəndaş Zəminə Nəzərovanın dediklərinin hamısının böhtan olduğunu bildirib. “Mən o qadını tanımıram. Yol kənarında, meşəlik ərazidə tikinti aparmaq istəyir və onun heç bir sənədi yoxdu. Tikintinin dayandırılması haqda Fövqəladə Hallar Nazirliyinin də qərarı var. Tikintinin dayandırılması haqda heç bir xəbərdarlığı saymır. Ümumiyyətlə, o qadının necə adam olduğunu, nə işlə məşqul olduğunu, bütün yerli camahat bilir.Polis nəfərinə qarçı zor tətbiq edib, yayılan videoda daşı götürməyi kəsilib. O qadın haqda cinayət işi açılıb və məhkəmə qərar verdikdən sonar yikinti tam söküləcək. Heç bir adama qanunsuz yikinti aparmağa icazə verilmir.


-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.