haberL haberR

Azərbaycanda qazinin evindən oğurluq edən tutuldu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 26.02.2015 13:47:57

QMİ-nin qazısının evindən 100 000 manatlıq qızıl və tüfəng oğurlayan şəxs tutulub
İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Hacıhüsnü Həsənovun evindən 100 000 manat dəyərində qızıl əşyalar və 1 ədəd “Churcill” markalı tüfəng (müvafiq sənədləri olan) oğurlayan Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Şakir Ağamalıyev tutulub.

 

Qeyd edək ki, Hacıhüsnü Həsənov Qafqaz Müsəlmanları İdarəsinin Salyan və ətraf 6 rayon üzrə qazısıdır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.