haberL haberR

Azərbaycanda qeyri-islam dininə mənsub olan insanlar təqib olunmur - Əli Həsənov

Kateqoriya: Siyasət Yayımlama tarixi: 13.02.2016 10:44:49

"Azərbaycanda digər dinlərin nümayəndələri də yaşayır. Bununla belə, qeyri-islam dininə mənsub olan insanlar sıxışdırılmır, təqib olunmurlar.

Əksinə, onlara böyük hörmətlə yanaşılır. Buna görə də Azərbaycandakı tolerantlıq və multikultural mühit bu gün bütün dünyada nümunə kimi göstərilir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O qeyd edib ki, ölkədə multikultural mühitin formalaşması bir tərəfdən təbliğatla bağlıdırsa, digər tərəfdən rayonlarda, mərkəzi yerli icra hakimiyyəti orqanlarında təşkilatı tədbirlər görülməsini tələb edir: "Bu mühitin formalaşması ilə bağlı dövlətin proqramları, müvafiq qanunvericilik aktları və müvafiq siyasəti var. Vətəndaş cəmiyyəti təsisatları fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi ilə vətəndaşların yaratdıqları birliklərdir. Yəni, hər bir vətəndaş özü kimi düşünən insanlarla birlikdə vətəndaş cəmiyyəti təsis edə bilər. Bu isə fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi daşıyır. Azərbaycanda bu cür təsisatların ən geniş yayılan forması qeyri-hökumət təşkilatlarıdır. Ölkəmizdə QHT-lərin fəaliyyətinə dövlət dəstəyi konsepsiyası qəbul olunub, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Həmin şuraya dövlət büdcəsindən təxminən 5 milyon manat vəsait ayrılıb. Bu ildən nazirliklər, komitələr, şirkətlər, eyni zamanda, mərkəzi yerli icra hakimiyyətinin digər strukturları üçün dövlət büdcəsindən ayrılan qrant fəaliyyətinin də tənzimlənməsini həmin şura həyata keçirir. Beləliklə, şura qrant fəaliyyətini koordinasiya edir".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.