haberL haberR

Azərbaycanda səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 08.10.2015 11:25:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti davam etdirilir

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada oktyabrın 13-də saat 9.00-dan 18.00-dək ƏƏSMN-nin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Quba və Qusar rayonlarının, oktyabrın 14-də saat 9.00-dan 18.00-dək nazirliyin Xaçmaz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında həmin rayonun müvafiq təbəqədən olan sakinlərinə protez-ortopedik bərpa xidməti göstərəcək.

Oktyabrın 15-də saat 9.00-dan 13.00-dək nazirliyin Şabran rayon ƏSMM-nin inzibati binasında Şabran rayonunda yaşayan, saat 14.00-dan 18.00-dək isə Siyəzən rayon ƏSMM-nin inzibati binasında bu rayonda və Xızı rayonunda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar protez-ortopedik bərpa xidməti ilə təmin olunacaqlar. Həmin şəxslərin ehtiyaclarına uyğun olaraq müxtəlif protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.

Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb. Təkcə bu ilin 9 ayında respublikamızın bütün bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirilməklə ümumilikdə 1464 nəfərə müvafiq xidmətlər göstərilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.