haberL haberR

Azərbaycanda siqaretlə bağlı qadağa

Kateqoriya: Sosial Yayımlama tarixi: 12.03.2016 13:15:35

Qaydanın tətbiqi hələlik neqativ effektini verib

Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulub. APA xəbər verir ki, qaydanın tətbiqi son istehlakçıya aid olunmur.

Lakin qaydanın tətbiqi hələlik neqativ effektini verib. Belə ki, mağazalarda siqaret qıtlığı yaranıb. Distributorlar deyir ki, topdan və pərakəndə satış nöqtələri bu qaydaların tətbiqinə hazır deyil: "Problem ondan ibarətdir ki, topdan və pərakəndə satış məntəqələri nə bank hesabı, nə də ki, POS-terminallarla təmin olunmayıblar. Təbii ki, təmin olunanlar da var, lakin onların istifadəsində maraqlı deyillər".
Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da məsələyə münasibət bildirib: "Ümumiyyətlə, ödənişlər nağdsız olsa, daha yaxşı olar. Ödənişlərin nağd olması həddindən artıq yoxlamalara gətirib çıxarır. Sahibkarlar fəaliyyətlərinin 70-80%-ni nağd əməliyyatlarla edirlər. Dövlət miqyasında bu boyda nağdsız əməliyyatlara nəzarət etmək həqiqətən çətindir. Nağd əməliyyatlar bazarda rəqabət mühitini pozur".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.