haberL haberR

Azərbaycanda “Youtube” istifadəçilərinin sayı kəskin artıb

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 29.12.2014 13:43:41

"Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ayda Azərbaycanda "Youtube" sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, "Facebook" və "Twitter" sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub

İslamazeri.az-ın Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkəmizdə  "Youtube" sosial şəbəkəsinin payı 90 faizədək artaraq sosial media bazarının 28,52  faizini təşkil edib. İstifadəçi marağına görə ikinci yeri 64,77  faiz bazar payı ilə "Facebook" sosial şəbəkəsi tutub. Üçüncü yerdə 2,31 faiz bazar payı ilə "Odnoklassniki" sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.

 

"Twitter" şəbəkəsinin Azərbaycanda bazar payı 1,58 faiz təşkil edib.

Saytların reytinqini özünə məxsus üsulla ölçən alexa.com-da  Azərbaycanda ən çox ziyarət edilən saytlara görə facebook.com, google.comgoogle.az-dan sonra  "youtube" 4 yeri tutur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.