haberL haberR

Azərbaycandan qayıdan Gevorkyan ailəsi Ermənistanda həbs olundu

Kateqoriya: Region Yayımlama tarixi: 02.02.2016 10:19:55

Ermənistandan Azərbaycana qaçan və bir müddətdən sonra geri qaytarılan Gevorkyanlar ailəsinin üzvləri İrəvanda azadlıqdan məhrum ediliblər.

Virtualaz.org saytı Ermənistanın news.am portalına istinadən xəbər verir ki, bu barədə Məhkəmə Departamentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məhkəmənin hökmü ilə ailə başçısı Yegişe Gevorkyan 5, onun həyat yoldaşı Ruzanna isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi 1 il sınaq müddətinə şərti azadlığa buraxılıb.

Xatırladaq ki, Ermənistan vətəndaşları Yegişe və Ruzanna, övladları Alfred, Qayane və Petros Gevorkyanlar 2010-cu ilin 10 yanvar tarixində könüllü şəkildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə keçiblər. 2014-cü il dekabrın 12-də isə onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana geri qaytarılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.