haberL haberR

Azərbaycanın daha bir siqaret istehsalçısı tütün məmulatlarının qiymətindəki dəyişikliyə aydınlıq gətirib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.03.2015 16:05:25

Azərbaycanda əsas siqaret istehsalçılarından olan “European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyəti (ASC) tütün məmulatlarının qiymətindəki dəyişikliyə aydınlıq gətirib
“European Tobacco-Baku”dan  daxil olan açıqlamada qeyd olunub ki, tütün məmulatlarının qiymətindəki dəyişiklik aksiz dərəcələrinin artırılması ilə bağlıdır: "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar bu il martın 1-dən etibarən ölkə ərazisində istehsal olunan tütün məhsullarına tətbiq olunan aksiz vergisinin dərəcəsi artırılıb. Tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin artırılması həmin məhsulların topdan və pərakəndə satış qiymətlərində öz əksini tapıb".
 

Qeyd edək ki, “European Tobacco-Baku” ASC 1999-cu ildə yaradılıb. Şirkət 2000-ci il fevralın 1-dən istehsala başlayıb.

“European Tobacco-Baku” ASC “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.