haberL haberR

Azərbaycanın hansı sahələrə görə xarici dövlət borcu var?

Kateqoriya: Ölkə Yayımlama tarixi: 28.05.2016 11:53:43

Azərbaycanın xarici dövlət borcunun əsas hissəsi infrastruktur layihələri, ən az hissəsi isə sənaye və digər layihələrin icrasına yönəldilib

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

Xarici dövlət borcunun strukturu üzrə bölgüsündə infastruktur yönümlü layihələr 61,7%, xaricdə qiymətli kağızların yerləşdirilməsi - 18,8%, kənd təsərrüfatı və meliorasiya - 3,4%, iqtisadiyyat və maliyyə - 3,3%, sosial mədəni layihələr - 2,0%, sənaye - 0,8% və digər layihələrin dəstəklənməsi - 10,0% təşkil edib.

Cari ilin əvvəlinə beynəlxalq və digər maliyyə kredit təşkilatları ilə imzalanmış kredit sazişlərinin ümumi məbləği 10,3 mlrd. ABŞ dolları təşkil edib. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 6,9 mlrd. dollar olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.