haberL haberR

Azərbaycanın məşhur futbolçusu saxlanılıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 15.12.2015 13:35:28

Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov saxlanılıb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, M. Əhmədov dələduzluqda təqsirləndirilir. Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

 

Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

 

M. Əhmədovun saxlanması barədə ilk xəbəri “Bizimyol.info” saytı yayıb.Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.  O, 72 min manatlıq dələduzluqda ittiham olunur. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.