haberL haberR

Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə...

Kateqoriya: İdman Yayımlama tarixi: 12.07.2016 19:40:01

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub

Bu barədə İslamazeri.az-a  Azərbaycan stolüstü tennis federasiyasından məlumat verilib. Məlumata görə, yarımfinalda Rusiya millisinə məğlub olan tennisçilərimiz bürünc

medala sahib olublar. Yeniyetmə qızlarımız Çex Respublikasının yığma komandasına və Fransa millisinə qalib gələrək 9-cu yeri qazanıblar. Xorvatiya və Fransa millilərini məğlub edən gənc qızlarımız isə 5-ci yeri tutublar.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə olunub. Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək. Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa dərəcələrdə medallar uğrunda mübarizə gözləyir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.