haberL haberR

Azərbaycanla Küveyt arasında təyyarə reysləri açıla bilər

Kateqoriya: Sosial Yayımlama tarixi: 06.10.2015 16:48:02

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti bu barədə məlumat yayıb

Dövlət Miqrasiya Xidmətində Küveyt səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüş keçirilib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə  Azərbaycanla Küveyt arasında dostluq münasibətlərinə  toxunan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev miqrasiya qanunvericiliyində öz əksini tapmış müvafiq prosedurların - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən  bəhs edib.

F. Nəbiyev hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artmasını dövlətlər arasında əməkdaşlığın yüksək nümunəsi kimi qiymətləndirib.

Küveyt səfiri isə təmsil etdiyi ölkənin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib. Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi bir neçə ay əvvəl “Azərbaycan Respublikası və Küveyt Dövləti arasında hava əlaqəsi haqqında Saziş”in layihəsinin müvafiq qaydada razılaşdırıldığını qeyd edib və tezliklə ölkələr arasında müntəzəm uçuşların yerinə yetirilməsinə başlanacağına ümidvar olduğunu bildirib.

Diplomat Küveytdən çoxlu sayda turistin Azərbaycana gəldiyini, küveytli sahibkarların Azərbaycana sərmayə qoymaqda maraqlı olduğunu diqqətə çatdırıb və 4 il əvvəl “Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin imzalanmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Görüşdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qlobal miqrasiya prosesləri və Avropada mövcud olan miqrant böhranı ilə bağlı fikir mübadiləsi aparılıb. (apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.