haberL haberR

Azərbaycanla Özbəkistan avtomobil daşımaları haqqında saziş imzalayacaq

Kateqoriya: Ölkə Yayımlama tarixi: 08.10.2015 10:53:03

Artıq ilkin razılığa gəlinib

Özbəkistanın avtomobil və çay nəqliyyatı agentliyində Özbəkistan və Azərbaycanın müvafiq orqanlarını təmsil edən ekspertlərdən ibarət nümayəndə heyətlərinin görüşü keçirilib. İslamazeri.az report-a istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparıb və iki ölkə arasında yük daşımalarının həyata keçirilməsi ilə bağlı praktiki məsələləri müzakirə ediblər.

Bundan əlavə, tərəflər beynəlxalq avtomobil daşımaları üzrə iki ölkənin hökumətləri arasında saziş layihəsinin yekun variantı barədə razılığa gəliblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.