haberL haberR
Rusiyanın Amur vilayətində iki azərbaycanlı iş adamı ölüb

Amur vilayəti Azərbaycanlıları Konqresinin sədri Məhəmməd Əsgərov apa-ya açıqlamasında bildirib ki, ötən həftə əslən Azərbaycanın Bərdə və Balakən rayonlarından olan Hacı Balayev və Ələddin Qoraçayev dünyasını dəyişib.

Onun sözlərinə görə, H.Balayevin meyiti idarə etdiyi avtomobilin qəzaya uğradığı yerdə aşkar olunub. Ə.Qoraçayevin meyiti isə yaşadığı evdə tapılıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlayıb, azərbaycanlıların meyitləri isə vətənə göndərilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.