haberL haberR

Azərbaycanlı kriminal avtoritet hava limanında polisi və özünü bıçaqladı - Video

Kateqoriya: Kriminal Yayımlama tarixi: 23.03.2016 10:16:43

"Novxanılı Dadaş" və ya "Dadaş Bakinskiy" kimi tanınan "qanuni oğru" hava limanda qanlı insident yaradıb

İslamazeri.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bir müddət öncə Rusiyadan Azərbaycana deportasiya edilən "Novxanılı Dadaş" və ya "Dadaş Bakinskiy" kimi tanınan "qanuni oğru" Dadaş İbrahimov Ukrayna paytaxtı Kiyevin "Borispol"  hava limanda qanlı insident yaradıb.

Belə ki, aeroportdakı polislərin ona qarşı yaxınlaşdığından sonra o, polisləri təhqir etdiyi və  bıçaqla hücum etdiyi, daha sonra özünə bıçaqla xəsarət etdiyi önə çəkilir.

Rusiyanın kriminal aləmlə bağlı xəbər agentliyi "Praym" isə, azərbaycanlı qanuni oğrunun olaydan öncə öz yaxın dostlarından birini ölümünə bıçaqladığını yazıb.

Digər məlumata görə, "Novxanılı Dadaş" və ya "Dadaş Bakinskiy" kimi tanınan Dadaş İbrahimov insident zamanı narkotik maddənin təsirində olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.