haberL haberR

Azərbaycanlı polis mayoru heroinlə tutuldu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 29.12.2014 12:52:25

Moskvada saxlanılan azərbaycanlı polis mayoru iri narkoticarət üzvü ola bilər

Moskvada saxlanılan azərbaycanlı polis mayoru iri narkoticarət üzvü ola bilər.

Narkoticarətlə məşğul olduğu iddia edilən 43 illik polis iş başında yaxalanıb. Polis mayoru dekabrın 26-da Böyük Çerkizov küçəsində saxlanılıb. 

Azərbaycanlı polis nəzarətində olduğu ərazidə vətəndaşlara heroin sataraq öz qeyri-leqal biznesini inkişaf etdirirmiş.

Azərbaycanlının evinə basqın edən polislər həmin şəxsin üzərindən 235 qram narkotik vasitə aşkarlayıb. Azərbaycanlı dindirilmə zamanı üzərindən götürülmüş narkotik vasitənin dəlil olduğunu iddia edib. 

Lakin, həmin şəxsin istirahət günündə saxlanılması azərbaycanlının ifadəsinə şübhə yaradıb. 

Qeyd edək ki, polis mayoru haqqında "Narkotik vasitələrin qanunsuz dövriyyəsi" maddəsi ilə cinayət işi açılıb. (Anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.