haberL haberR

Azərbaycanlı Rusiyada qadını döyərək öldürüb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 22.08.2015 11:03:29

Mübahisə nəticəsində cinayətkar ən azı 21 dəfə yumruq və təpiklə qadının başına və bədəninə zərbə vurub

Kirov rayonu üzrə Rusiya Federasiyasının İstintaq komitəsinin yaydığı məlumatda deyilir ki, 34 yaşlı azərbaycanlı barəsində cinayət işinin araşdırılması başa çatıb.
Belə ki, şübhəli bilinən şəxs iyun ayının 17-də öz mənzilində 56 yaşlı qadınla içki qəbul edib. Qonaqlığın gedişatında münaqışə baş verib. Mübahisə nəticəsində cinayətkar ən azı 21 dəfə yumruq və təpiklə qadının başına və bədəninə zərbə vurub. Sonra zərər çəkənin evində yatmağa gedib, lakin səhər onu ölü tapıb.
İstintaq zamanı cinayətkar hər şeyı inkar etsə də ekspertlər azərbaycanlının cinayətı törətməsini sübüta yetiriblər. Cinayətkarın işi prokurorluğa göndərilib. (azvision)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.