haberL haberR

Azərbaycanlılar daha xarici avtomobil almırlar

Kateqoriya: Ölkə Yayımlama tarixi: 18.03.2016 11:19:13

90 faiz azalma var

2016-cı ilin yanvar fevral ayları ərzində Azərbaycana cəmi 821 avtomobil idxal olunub. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 6690 ədəd və ya 89,06% azdır. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı yeni hesabatında bildirilib. Belə ki, ölkəyə gətirilən avtomobillərin 9 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 737 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 67 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 8 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xatırladaq ki, 2015-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə xaricdən 7511 ədəd avtomobil vasitəsi gətirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.