haberL haberR

Azərbaycanlıların soyqırımı mövzusunda konfrans keçiriləcək

Kateqoriya: Ölkə Yayımlama tarixi: 30.01.2015 15:06:58

Fevralın 2-də «Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətidir» mövzusunda konfrans keçiriləcək

Mətbuat Şurasından islamazeri.az-a verilən məlumata görə, tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Milli QHT Forumudur.

Konfransda sözügedən qurumların rəhbər şəxsləri, kütləvi informasiya vasitələrinin baş redaktorları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, elm xadimləri ilə yanaşı, insan haqları müdafiəçisi, Moldova ombudsmanı Aureliya Qriqoriyu da iştirak edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.