haberL haberR

Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı - FOTOLAR

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 07.07.2016 12:26:47

Ukraynanın Odessa şəhərində iyulun 6-na keçən gecə azərbaycanlıya məxsus qızılı rəngdə “Galendewagen” markalı avtomobili düzgün park edilmədiyinə görə evakuatorla cərimə meydançasına aparılıb.

Bu barədə İslamazeri.az Virtualaz.org saytına istinadən xəbər verir.
048.ua portalının yazdığına görə Azərbaycandan gələn qonaqlar avtomobili Odessanın Arkadii prospektində düzgün park etməyiblər. Ətrafdakılar ərəb şeyxlərinin maşınlarını xatırladan qızılı “Galendewagen”in evakuatora qaldırılmasını həvəslə lentə alıblar.
Sosial şəbəkələrdə avtomobilin cərimə meydançasına salınması barədə qərar verən polisin adı da açıqlanıb.

“Bu, yol patrul polisi Vladdır. O, “Qalik”i avtobus dayanacağında park edildiyi üçün evakuatorla cərimə meydançasına göndərdi. Bundan sonra mən dəyişikliklərə inandım. Ümid edirəm ki, sabah Vladı işdən çıxarmayacaqlar” - Twitter istifadəçilərindən biri avtomobilin fotolarını paylaşaraq yazıb.

Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı - FOTOLAR

/haberimaj/habergaleri/5X2J4S5V4F1J.JPG
  1. Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı - FOTOLAR

  2. Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı - FOTOLAR

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.