haberL haberR

Azərbycanda nadir cərrahi əməliyyat həyata keçirildi

Kateqoriya: Hadisə Yayımlama tarixi: 15.10.2015 15:10:09

Əməliyyat Azərbaycan Tibb Universitetində aparılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yalnız dünyanın qabaqcıl klinikalarında icra oluna bilən cərrahi əməliyyat baş tutub.

Universitetdən verilən məlumata görə, həkimlər çənədə şişin götürülməsi, incik sümüyü ilə çənə sümüyünün bərpası və diş protezləşdirilməsi əməliyyatını eyni zamanda aparıblar. Orta yaşlı qadında aparılan əməliyyat zamanı çənədə yayılmış şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib.

Bu mürəkkəb əməliyyat ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları professor Çingiz Rəhimov, assistent Məhəmməd Davudov və plastik cərrah Araz Salmanovun başçılığı altında iki briqada tərəfindən aparılıb.

M.Davudovun sözlərinə görə, bu əməliyyatın daha bir unikallığı ondadır ki, burada həm şişin götürülməsi, həm defektin aradan qaldırılması, eyni zamanda, xəstənin protez reablitasiyası eyni mərhələdə baş tutub.

Qeyd edək ki, bu tip əməliyyatlar dünya təcrubəsində nadir hal kimi qəbul olunur və onları yalnız ən qabaqcıl klinikalarda icra etmək mümkündür. Artıq ATU-nun Tədris Cərrahiyyə Klinikasının da adını bu cür tibbi müəssisələr sırasında çəkmək olar. Xəstə əməliyyatdan ayılan kimi artıq çənəsi və diş sırası tam bərpa olunmuş olur. (trend)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.