"Azercell"in səhmlərini kim alacaq? (Müsahibə)
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 18.09.2015 16:13:00

Müsahibəsində "Azercell Telekom" MMC-nin prezidenti vəzifəsini icra edən Vahid Mürsəliyev məsələyə aydınlıq gətirib.
- Vahid bəy, bu qərar "Azercell"in fəaliyyətinə necə təsir edəcək?
- "TeliaSonera" Avropanın telekommunikasiya nəhəngi olaraq, Şimali Avropa, Baltikyanı ölkələr və Avrasiya regionunda fəaliyyət göstərən şirkətləri əhatə edirdi. Avrasiya regionuna konkret olaraq Azərbaycan, Gürcüstan, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və Nepaldakı mobil rabitə şirkətləri aiddir. Öz biznes fokusunu daha çox Avropada fəaliyyət göstərən şirkətlərə yönəltmək üçün "TeliaSonera"nın İdarə Heyəti Avrasiya regionu üzrə işgüzar fəaliyyəti dayandırmaq qərarına gəldi. Əsas səhmdarın getməsi "Azercell"in fəaliyyətinə mənfi təsir göstərməyəcək. Azərbaycanın mobil telekommunikasiya bazarının lideri "Azercell Telekom" öz fəaliyyətini eyni şəkildə davam etdirəcək. Bizim məqsədimiz hər zaman olduğu kimi, müştərilərimizə yüksək keyfiyyətli mobil rabitə xidməti göstərməkdir və bu məqsədimizə də daim sadiq qalacağıq.
- Bildiyimiz kimi, "TeliaSonera"nın "Türkcell"də 58%-dən artıq səhmi var və bu bəyanatdan dərhal sonra mobil operator bildirdi ki, səhmləri almaq niyyətindədir. Artıq söz-söhbətlər gəzir ki, "Azercell"in səhmləri satışa çıxarılacaq və s. Zəhmət olmasa, buna aydınlıq gətirin.
- "Azercell Telekom" MMC və Avrasiya regionuna aid olan digər 6 operatorun əsas səhm paketinin kim tərəfindən alınacağı barədə, hələlik, heç bir rəsmi məlumat yoxdur.
- Konsolidasiya prosesi baş tuta bilərmi?
- Bu proses haqqında da heç bir rəsmi açıqlamamız yoxdur.
- Bir az investisiya fəaliyyətiniz haqqında danışaq. Şirkətin hazırda investisiya portfelinin həcmi nə qədərdir və ilin sonuna hansı səviyyəyə çatdırılacaq?
- "Azercell" daim müştərilərinə ən yüksək xidməti təqdim etməyə və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağa çalışmışdır. Yalnız son bir ildə biz Azərbaycanın telekommunikasiya sektoruna 57 milyon manat sərmayə yatırmışıq. Bu rəqəm "Azercell" şirkətinin fəaliyyətdə olduğu 18 il üçün 1,67 milyard manat təşkil edir. 2014-cü ildə şirkət dövlət büdcəsinə 112 mln manat, 18 il ərzində isə 1,11 milyard manat vergi ödəmişdir.
- Bilirik ki, "Azercell" Azərbaycanın ən iri vergi ödəyicilərindən biridir. Yanvar-avqust ayları ərzində şirkət nə qədər vergi ödəyib?
- Qeyd edim ki, 2015-ci ilin əvvəlindən bu günə qədər "Azercell"in dövlət büdcəsinə ödəmiş olduğu vergilər 82 milyon manatdan artıqdır.
- Şirkətin bazar payı nə qədərdir və yaxın perspektivdə hansı səviyyəyə çatdırılması nəzərdə tutulub?
- "Azercell Telekom" MMC Azərbaycanın mobil rabitə bazarının şəksiz lideridir. Hal-hazırda, şirkətin ölkənin telekommunikasiya bazarında payı 48% təşkil edir. Bizim əsas məqsədimiz müştərilərimiz üçün kəsintisiz, yüksək səviyyəli rabitə xidməti göstərməkdir. Hər zaman olduğu kimi, biz yenə də abunəçilərimizi yeni sərfəli tarif, xidmət və kampaniyalarla sevindirməkdə davam edəcəyik. Mobil rabitə bazarının lideri mövqeyini qoruyub saxlamamız da müştərilərimizin bizə olan loyallığının göstəricisidir.
- İqtisadiyyatda baş verən hadisələri gözə alaraq bir sula vermək istərdim: şirkətdə ixtisarlar aparılırmı?
- "Azercell" şirkətinin həyata keçirdiyi bütün yeniliklərin, innovasiyaların və keyfiyyətli xidmətin arxasında bizim peşəkar əməkdaşlarımız dayanır. Şirkətimiz üçün "Azercell" kollektivi böyük sərvət hesab olunur. Əməkdaşların rahat iş mühitində çalışması son dərəcə vacibdir. Hal hazırda şirkətin kadr siyasətində hər hansı ciddi dəyişikliklər nəzərdə tutulmayıb. (apa)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.