haberL haberR

"Azərqaz"-ın işçisi soyğunçuluq edib.

Kateqoriya: Kriminal Yayımlama tarixi: 20.11.2015 12:12:44

Ucarda saxtakarlıqla abonentlərin pulları əlindən alınır

Ucar rayonunun Qaz İstismar İdarəsinin əməkdaşları sayğaca müdaxilə adı ilə yaranmış borca görə xəttimizi kəsmək istəyirlər". Bu barədə müraciətində Ucar rayonu, Nəsimi küçəsi ev 169-da yaşayan İbrahimova Saniyə Firudin qızı bildirib.

 
"Bizim tərəfimizdən qaz sayğacına heç bir müdaxilə olmayıb. Bütün bu saxtakarlıqları Ucar Rayon Qaz İstismarı İdarəsinin Ayaz adlı keçmiş əməkdaşı edib. Belə ki, təxminən 1 il 6 ay bundan əvvəl sahə üzrə nəzarətçi işləyən Ayaz sayğacımıza müdaxilə olunduğunu deyib bizdən 40 manat pul aldı. Bundan sonra hər ay işlətdiyimiz qazın pulunu ödəmişik. İndi isə bizə "siz sayğaca müdaxiləyə görə cəriməni ödəmisiniz, ancaq sayğacın pulunu ödəməmisiniz" bildirirlər. İndi də bunun üçün 96 manat istəyirlər. 
 
Bir il bundan əvvəl sayğacın qiyməti 45 manat olub. Biz bu pulu Ayaza vermişik. Həmin adamı da işdən çıxarıblar. Sonradan bizə bildirdilər ki, orada işləyən bəzi işçilər qaz sayğaclarına özləri kələk edib saxtakarlıqla vətəndaşları soyurlar. 
 
Ayaz saxtakarlıqla əldə etdiyi pulu idarənin rəhbərliyindən gizlətdiyi üçün onu işdən qovublar. Ancaq saxtakarlıq yenə davam etdirilir",-deyə Saniyə İbrahimova bildirib. 
 
Şikayətçi birinci qrup əlil olduğunu qeyd edib: "Onurğa sütununun sinir damarının tutulması xəstəliyinə görə yeriyə bilmirəm. İndi isə qaz idarəsinin əməkdaşları qaz xəttimizi kəsəcəkləri barədə bizə xəbərdarlıq ediblər, buna görə çox narahatam. "Azəriqaz" İB-nin 185 nömrəli qaynar xəttinə etdiyim zənglərə cavab verilmir. Soyuq hava şəraitində evimizə verilən qazın kəsilməsi təhlükəsi var.  Xahiş edirəm kömək edin".
/Bizim Yol
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.