haberL haberR

Azyaşlı uşağı olan ana özünü öldürdü

Kateqoriya: Kriminal Yayımlama tarixi: 07.03.2016 11:51:14

29 yaşlı qadının özünə odlu silahdan atəş açıb.

Tovuz rayonunda intihar hadisəsi baş verib. 29 yaşlı qadın özünü öldürüb.

Rayonun polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Çataq kəndində qeydə alınıb. 1987-ci il təvəllüdlü Kəmalə İmran qızı Hacıyeva  odlu silahdan özünə qarın nahiyəsindən atəş açıb. Ağır bədən xəsarətləri alan qadın rayonun mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

29 yaşlı qadının özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil. Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Dünyasını dəyişən qadın ailəli olub və azyaşlı övladı var.

Tovuz rayonunda sonuncu intihar hadisəsi 3 gün əvvəl qeydə alınıb. RayonunAlakol kənd sakini 18 yaşlı kənd sakini Rəsul Həsənov özünü asaraq intihar edib.İntiharın səbəbi hələlik məlum deyil. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.