haberL haberR

Bərdədə ağaca çırpılan maşının sürücüsü ölüb

Kateqoriya: Hadisə Yayımlama tarixi: 30.10.2014 12:21:03

Bərdədə baş verən yol qəzasında bir nəfər həyatını itirib.

İslamazeri.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

 

Yüksək sürətlə hərəkət edən "VAZ-21010" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb və yol kənarındakı ağaca çırpılıb.

 

Sürücü, 32 yaşlı Ehtiram Cəfərov hadisə yerindəcə keçinib.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.