haberL haberR

Badamdarda qətl hadisəsi baş verib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 05.08.2015 10:59:18

Meyitin müayinəsi zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilib.
 Bakıda qətl törədilib.

 

Səbail Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə avqustun 2-də Badamdar qəsəbəsi “Bəyoğlu” restoranının qarşısında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Həmid Paşayevin meyiti taksi kimi istifadə etdiyi “Nissan” markalı avtomobilində tapılıb. Meyitin müayinəsi zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilib.

 

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.(apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.