haberL haberR

“Badu Kubə” ilahi nəğmələr qrupu konsertə hazırlaşır

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 22.06.2015 21:35:06

“Badu Kubə” ilahi nəğmələr qrupu sentyabr ayında konsert verməyə hazırlaşır

Bu haqda islamazeri.az-a qrupun üzvü Elton Abbaslı məlumat verib.

Elton Abbaslı ilə qrupları haqqında qısa söhbət apardıq. 

 

Elton Abbaslı bildirib ki, qrup ötən ilin sentyabr ayında yaranıb. Qrupun bədii rəhbəri Hacı Teymur Göyçaylıdır. Teymur Göyçaylı uzun müddət “Cəfəri Muminun” qrupunda çalışıb və dini qruplarla sıx əlaqədə olmuşdur.

“Əsas hədəfimiz Əhli-beyti mədh etmək, halal el şənliklərində iştirak edərək insanlarımızı bu cür toy məclislərinə həvəsləndirməkdir. Qrupumuz həm dini, həm də vətənpərvərlik mövzusunda surudlar, ilahi mahnılar oxumağa çox önəm verir. Çalışırıq ki, məzhəbi söhbətləri toy şənliklərində səsləndirməyək. Dini və milli vəhdətimiz üçün əlimizdən gələni əsirgəmirik”,- deyən Elton Abbaslı qrupun adı ilə bağlı daha sonra qrupun adına toxunub: 

"Qrupumuzun adını qoyarkən Bakının qədim adı olan “Badu Kubə” ağlımıza gəldi və bu adı qoymaq qərarına gəldik".

 

Elton Abbaslı daha sonra işıq üzü görən mahnılarından danışıb: “Bu günə qədər 5 mahnımız; “Rəsuləllah”, “Divanə”, “Həsən Əskər”, “Allah, Muhəmməd Ya Əli” və “Xoş gəldin Ramazan!” işıq üzü görüb. Digər layihələr üzərində də iş gedir. Çox sayda mahnılarımız var və iş aşamasındadır”.

“Biz digər qruplardan fərqli olaraq el şənliklərində Quran tilavətindən sonra, Azərbaycan himnini də oxuyuruq. Çalışırıq ki, çox mədəni surətdə Əhli-beyti, İslamı təbliğ edək”, - deyən Elton Abbaslı qrupun bir yaşında konsert vermək istədiklərini bildirib.


Xatırladaq ki,  “Badi Kubə” ilahi nəğmələr qrupunun prodüseri və səs rejissoru Elçin Ağazadə, bədii rəhbəri Hacı Teymur Göyçaylı, qrupun üzvləri - Oqtay Qubalı, Elton Abbaslı, Vüqar Rəsul və Hüseyn Hüseynidir.

 

“Baku Kubə” ilahi nəğmələr qrupu konsertə hazırlaşır

/haberimaj/habergaleri/6K3V5F6H5S2W.JPG
  1. “Baku Kubə” ilahi nəğmələr qrupu konsertə hazırlaşır

  2. “Baku Kubə” ilahi nəğmələr qrupu konsertə hazırlaşır

  3. “Baku Kubə” ilahi nəğmələr qrupu konsertə hazırlaşır

  4. “Baku Kubə” ilahi nəğmələr qrupu konsertə hazırlaşır

  5. “Baku Kubə” ilahi nəğmələr qrupu konsertə hazırlaşır

  6. “Baku Kubə” ilahi nəğmələr qrupu konsertə hazırlaşır

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.