Bağdad yaxınlığında zəvvarları hədəfə alan partlayış baş verdi: Ölən və yaralananlar var (Foto-Video)

İslamazeri.az-ın "Al Arabiya" telekanalına istinadən verdiyi xəbərə əsasən, İraqın paytaxtı Bağdad şəhərinin ətrafında baş vermiş bir neçə partlayışda azı 2 nəfər həyatını itirib, daha 11 nəfər isə yaralanıb.
"Hazırda 2 ölü və 11 yaralı var.", - deyə şəhər polisinin təmsilçisi bildirib.
Partlayışların hədəfi müəyyən edilməyib. Polisdəki mənbədən bildiriblər ki, şiələrin yaşadığı Bağdadın Mədinət əs-Sədr məntəqəsinin 3 rayonunda minaatan və raket atəşə tutulması qeydə alınıb.
Partlayışlar on minlərlə şiə Kazımeyn şəhəri ətrafında İmam Muhəmməd Təqi (ə)-ın şəhadətini qeyd etmək üçün yığışan zaman baş verib.
Qeyd edək ki, 2 gün əvvəl də içində 3 ton partlayıcı maddə olan yük maşını aşkarlanmışdı. Avtomobil bu gün, İmam Muhəmməd Təqi (ə)-ın şəhadəti günündə Kazimeyndə partladılmalı imiş. Bağdad polisi maşını dünən aşkar edib və sürücüləri həbs edib. Hesablamalara görə, əgər bu maşın partladılsaydı bir kvartal yerlə-yeksan olardı. İndiyə qədər Bağdadda hələ belə ağır yüklü mina quraşdırılmış maşın tapılmayıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.