haberL haberR

Bağdadda dəhşətli terror aktında 213 nəfər dünyasını dəyişib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 04.07.2016 13:32:55

Bağdadda törədilmiş terror aktı nəticəsində çox sayda insan da yaralanıb

İslamazeri.az-ın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, Bazar günü İraqın paytaxtı Bağdad şəhərində baş vermiş terror aktı zamanı son məlumatlara əsasən, 213 nəfər dünyasını dəyişib. 200-dən çox insan isə yaralanıb. Partlayıcı qurğularla təchiz edilmiş avtomobil Bağdadın mərkəzində yerləşən Əl-Kərrada məntəqəsində izdihamın olduğu küçədə partladılıb. Terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Terror aktı ilə bağlı İraqda 3 günlük matəm elan olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.