haberL haberR

Bağdadda doğum evində böyük yanğın: 11 uşaq dünyasını dəyişdi (Yeniləndi)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 10.08.2016 11:55:59

Hadisənin təfərrüatı məlum deyil.

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumatına əsasən, 7 uşaq və 29 qadın xilas edilib. Onlar başqa bir xəstəxanaya köçürülüblər.

Yanğın bu gün səhər saatlarında başlayıb. Alışmanın səbəbi qısa qapanma ola bilər.

11:55

***

İslamazeri.az-ın “Al-Arabiya” telekanalına istinadən verdiyi xəbərə əsasən, İraq Səhiyyə Nazirliyi xəbər verir ki, İraqın paytaxtı Bağdad şəhərində yerləşən doğum evində baş vermiş yanğında azı 11 uşaq (körpə) həyatını itirib.

Hadisənin təfərrüatı məlum deyil.

11:33

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.