haberL haberR

Bağdadda iki partlayış baş verib: ölənlər var

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 17.05.2016 14:12:53

Partlayış nəticəsində azı 13 nəfər həyatını itirib, 40-dan çox insan isə yaralanıb

İslamAzeri.az-ın “Reuters” agentliyinə istinadən məlumatına görə,  polis və tibb işçiləri xəbər verir ki, Bağdadda ölənləri sayı 38 nəfərə çatıb. 70 nəfərdən çox insan isə yaralanıb.

Şəhərin şimalında yerləşən əş-Şaab rayonunda bazarda baş vermiş partlayışda 7 nəfər dünyasını dəyişib, 21 nəfər isə yaralanıb.

İkinci partlayış nəticəsində isə 6 nəfərə həyatını itirib, 21 nəfər isə yaralanıb. Hadisə şəhərin cənubunda yerləşən ər-Rəşid rayonunda mina ilə doldurulmuş avtomobil partlaması nəticəsində baş verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.