haberL haberR

Bağdadda kamikadze özünü polis idarəsi yaxınlığında partlatdı

Kateqoriya: Hadisə Yayımlama tarixi: 27.07.2016 16:10:40

İraq paytaxtında kamikadze terrorçu üzərindəki partlayıcını işə salması ilə partlayış meydana gəlib

İslamazeri.az-ın İraq mediasına  istinadən verdiyi xəbərə əsasən, İraqın paytaxtı Bağdad şəhərinin şimalında yerləşən əş-Şualə rayonunda terrorçu-kamikdze özünü partladıb, nəticədə bir polis olmaqla 6 nəfər həyatını itirib,  15 nəfər isə yaralanıb.

 Təhlükəsizlik qüvvələrindəki mənbədən bildiriblər ki, Bağdadın şimalındaki əş-Şualə rayonunda terrorçu “canlı-bomba” kəmərini partladıb, nəticədə 1 polis olmaqla 6 nəfər dünyasını dəyişib, 15 vətəndaş isə yaralanıb. Hadisəni hələ ki, heç bir terror qruplaşması öz üzərinə götürməyib. Partlayış olan ərazi şiələrin sıx yaşadığı bölgədir.
 Xatırladaq ki, daha əvvəl İraqın Diyalə əyalətində, Xales yaşayış məntəqəsinin girişində minalaşdırılmış avtomobilin partlaması nəticəsində 12 nəfər həyatını itirmişdi, 25 nəfər isə yaralnmışdı.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.