haberL haberR

Bağdaddakı son terror aktını törədənlər həbs olunublar - İraqın baş naziri

Kateqoriya: Dünya Yayımlama tarixi: 14.01.2016 13:07:28

İraqın baş naziri Bağdaddakı son terror aktını törədənlərin həbs olunduğunu bildirib

İslamazeri.az-ın "Səhər tv"yə  istinadən verdiyi məlumata görə, İraqın baş naziri Heydər əl-İbadi çərşənbə günü Bəsrə vilayətinin məhkəmə hakimləri ilə iclasında, İraq təhlükəsizlik qüvvələrinin ötən bazar ertəsi günü Bağdadın Cədidə bölgəsində terror aktı törədənlərin həbs olunduğunu bildirib.

Əl-İbadi məhkəmələrin qanunların qorunmasında rolunun misilsiz olduğunu qeyd edərək "Məhkəmə hakimlərinin bu istiqamətdə ağır məsuliyyəti vardır və onlar bu məsuliyyəti ən yaxşı formada yerinə yetirməlidirlər." deyə danışıb.

Qeyd edək ki, ötən bazar ertəsi günü Bağdadda terror aktı nəticəsində 20 nəfər ölmüş, 50-dən çox şəxs isə yaralanmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.