haberL haberR

Bağdadi dostunun arvadını qaçıran İŞİD saytının redaktorunu bağışladı?

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 01.03.2015 18:15:05 3673 dəfə oxunub.

Ötən ilin sonlarında İŞİD-in türkdilli portalının redaktorunun öz dostunun həyat yoldaşını qaçırması ilə bağlı xəbəri yayılmışdı

Bu xəbəri İŞİD-in türkdilli "Takva haber.net" portalı yaymışdı.

İslamazeri.az da bu sayta istinadla  "Takva Haber" saytının redaktoru işləmiş Əbdülqədir Polad öz dostunun 5 aylıq körpəsi olan kəbinli arvadı ilə birgə naməlum istiqamətə qaçırmasını yayımlamışdı.

"Takvahaber" bu haqda yazırdı: "Əvvəllər saytımızda redaktorluq edən, sonra da oğurluq etməyə çalışan, bacarmayanda da bizə təqlid edərək və etibarımızı zədələməyə çalışan oğru Əbdülqədir Polad bu dəfə də dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb. Bizdən qovulduqdan sonra özünü İslam Dövlətinin (İŞİD) təmsilçisi kimi təqdim edən, özünü İslam Dövlətinn Türkiyədəki media sahəsində tək təmsilçisi kimi qələmə verən, insanları internet üzərindən ittiham edən bu şəxs dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb, nəticədə 5 aylıq körpə də kimsəsiz qalıb. Onunla qaçan qadın ona hədiyyə edilən qızılları da özü ilə götürüb". 

Yayılan xəbərlərə görə, adı qeyd edilən Əbdülqədir Poladın haqqında Türkiyəyə İŞİD tərəfindən əmr gəlib. Əmrin özünü xəlifə elan edən xəvaric lideri Əbubəkr Bağdadi və ya onun köməkçisi Adnani tərəfindən verildiyi önə çəkilir. Əmrə görə, İŞİD arasında parçalanmalara səbəb olan xəbərlər kimi, Əbdülqədir Polad haqqında yayımlanan xəbərlər də "takvahaber"dən silinməli və bundan sonra İŞİD tərəfləri arasında parçalanmaya səbəb ola biləcək xəbərlərin yayımlanması qadağan edilir.

Xatırladaq ki, ötən il İŞİD-in mediada fotoşəkillərin yayımlanması və xəbərlərin yayımlanmasının izinlə olması haqda xəbərlər yayılmışdı. Məhz bu əmrin də o dövrdə Türkiyəyə gəldiyi güman edilir.

Qeyd edək ki, Əbdülqədir Polad hazırda İŞİD mediasının təmsilçisi kimi tanınır. Hazırda onun "takvahaber.com"un redaktoru olduğu və  "takvahaber.net" rəhbərliyi ilə aralarında ciddi problemləri vardır. İŞİD-çilərin arasında çox hörməti olmayan bu şəxsin "dələduz, namus düşməni" kimi tanınması bu xəbərlərə yazılan şərhlərdən görmək mümkün idi...

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.