haberL haberR

Bağdadi İŞİD-in qeyri-fəal özəklərini aktiv hala gətirilməsi tapşırığını verdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.07.2016 12:04:38

İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi, 5 bölgədə olan qeyri-fəal özəklərini aktiv hala gətirib

İslamazeri.az-ın “Əl Aləm”--ə istinadən verdiyi xəbərə əsasən, bu sözləri İraqın Diyalə bölgəsinin təhlüksizlik şurasının rəhbəri Sadiq Hüseyni bildirib.

“Əldə olunan məlumatlara görə Bağdadi, Diyalə, Səlahuddin, əl-Ənbar, Kərkuk və Bağdadda deaktiv olan özəklərini, aktiv hala gətirib. Bu addımın səbəbi, ölkədə xaosun yaranması və bununla da Mosulun azad olunma əməliyyatlarının ləngiməsidir. Mosul, Fəllucəni əldən verən Bağdadi üçün çox önəmlidir.”, -deyə Hüseyni qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.