haberL haberR

"Bakı Metropoliteni"ndən ödənişsiz kurs

Kateqoriya: Ölkə Yayımlama tarixi: 27.07.2016 18:15:17

“Bakı Metropoliteni” QSC “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurs təşkil edir.

QSC-dən verilən məlumata görə, kurs 1 ay müddətində davam edəcək və kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcək.

Kursda iştirak tələbləri:

Xanımlar üçün;
• Yaş: 18-30 arası
• Boy: minimum 170 sm
• Təhsil: minimum tam orta təhsil
• Dil bilikləri:
• Azərbaycan dili - Əla
• Xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri

Oğlanlar üçün;

• Yaş: 22-30 arası
• Boy: minimum 170 sm
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
• Azərbaycan dili – Əla
• Xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri

Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix 5 avqust tarixinədək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.